“Zenit” ardıcıl altıncı dəfə Rusiya çempionu oldu

“Zenit” ardıcıl altıncı dəfə Rusiya çempionu oldu

Futbol üzrə Rusiya Premyer Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Bizim.Media xəbər verir ki, son turda "Rostov"u 2:1 hesabı ilə məğlub edən "Zenit" çempion olub.

Sankt-Peterburq təmsilçisi xallarını 57-yə yüksəldib.

56 xal toplayan "Krasnodar" mövsümü ikinci pillədə başa vurub. Eyni sayda xal toplayan Moskva "Dinamo"su isə üçüncü olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Mənbə: bizim.media