“Bayer” tarixində ikinci dəfə Almaniya Kubokunu qazandı

“Bayer” tarixində ikinci dəfə Almaniya Kubokunu qazandı

Futbol üzrə Almaniya Kubokunun qalibi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, finalda “Kaiserslautern” və “Bayer” komandaları üz-üzə gəlib.

Görüş Leverkuzen (“Bayer”) təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 17-ci dəqiqədə Qranit Caka vurub.

Qeyd edək ki, komanda sonuncu dəfə Almaniya Kubokuna 1992-1993-cü illər mövsümündə sahib çıxmışdı.

Mənbə: qafqazinfo.az