Messi və Suaresiz "İnter Mayami" qələbə qazandı - FOTO/VİDEO

Messi və Suaresiz "İnter Mayami" qələbə qazandı -

MLS-in 16-cı turunun matçında "İnter Mayami" səfərdə "Vankuver"i məğlub edib (2:1).

Bizim.Media xəbər verir ki, Kanadada “İnter Mayami” yerli “Vankuver”in öhdəsindən gəlib. Komanda Xerardo Martinonun istirahət verdiyi ulduz üçlüyün - Lionel Messi, Luis Suares və Serxio Busketsin köməyindən istifadə edə bilməyib.

İlk hissənin sonunda “İnter” önə keçib: Alba sol cinahdan ötürmə ilə rəqibin müdafiəsini yarıb, Teylor topla cərimə meydançasına daxil olub və uzaq küncə zərbə endirib.
Fasilədən sonra ilk qolun müəllifi az qala meydan xəttindən qapıçı sahəsinədək gəlib və Kampana hesabı 2:0 edib.

Hissənin ortalarında kanadalılar penalti ilə bir topun əvəzini çıxsalar da, artığını etməyə gücləri çatmayıb. Nəticədə "İnter" 34 xal toplayıb və Şərq konfransında liderliyini davam etdirir.







Mənbə: bizim.media