Bu gün 3 oyun var - AÇ-2024

Bu gün 3 oyun var - AÇ-2024

Xəbər verdiyimiz kimi, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, 8-ci oyun günündə 3 qarşılaşma baş tutacaq.

Belə ki, ilk oyun Düsseldorf şəhərində, Slovakiya və Ukrayna seçmələri arasında olacaq.

D qrupunun oyununda isə Polşa və Avstriya komandaları paytaxt Berlində üz-üzə gələcəklər. Günün son matçında Niderland ilə Fransa qarşılaşacaq.

AÇ-2024

21 iyun

II tur

17:00. Slovakiya - Ukrayna

20:00. Polşa - Avstriya

23:00. Niderland - Fransa

Mənbə: qafqazinfo.az