Türkiyə son dəqiqə qolu ilə 1/8 finalda - YENİLƏNİB + VİDEO

Türkiyə son dəqiqə qolu ilə 1/8 finalda -

Türkiyə millisi AÇ-2024-ün qrup mərhələsinin son oyununa çıxacaq.

"Ay-ulduzlular" Çexiya yığması ilə qarşılaşacaq.

Matç saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Türkiyə yığması matçda heç-heçə edərsə 1/8 finala çıxacaq.

AÇ-2023

26 iyun

23:00. Türkiyə - Çexiya

***

Heyətlər:

Çexiya: Stanek, Holes, Hranaç, Kreyçi, Çoufal, Souçek, Provod, Yurasek, Barak, Hitil, Hlozek

Ehtiyat oyunçular: Kovar, Yaros, Zima, Vitik, Şevçik, Şik, Kuçta, Doudera, Çerni, Çoru, Linqr, Çerv, Vlçek, Sulç, Yurasek

Türkiyə: Mert Günok, Merih Demiral, Samet Akaydin, Arda Güler, Hakan Çalhanoğlu, Salih Özcan, İsmail Yüksek, Mert Müldür, Kenan Yıldız, Ferdi Kadıoğlu, Barış Alper Yılmaz

Ehtiyat oyunçular: Altay Bayındır, Uğurcan Çakır, Zeki Çelik, Okay Yokuşlu, Orkun Kökçü, Kerem Aktürkoğlu, Cenk Tosun, Yusuf Yazıcı, Ahmetcan Kaplan, İrfan Can Kahveci, Kaan Ayhan, Semih Kılıçsoy, Yunus Akgün, Bertuğ Yıldırım

***

Matç başladı.

***

Barak 20-ci dəqiqədə qırmızı vərəqə alır və Çexiya azlıqda qalır.

***

İlk hissə 0:0 bitdi

***

İkinci hissə başladı

***

Türkiyə yığması Çexiya ilə oyunda hesabı açdı. Hakan Çalhanoğlu fərqlənir

***

Çexiya hesabı bərabərləşdirir. Souçek 67-ci dəqiqədə fərqlənir

***

90+4-cü dəqiqədə Cenk Tosun Türkiyə yığmasının ikinci qolunu vurur

***

Matç bitir və Türkiyə 2:1 hesablı qələbə ilə 1/8 finala çıxır.



Mənbə: qafqazinfo.az