Messi tibbi müayinədən keçdi: Durumu necədir?

Messi tibbi müayinədən keçdi: Durumu necədir?

Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunun qrup mərhələsinin 2-ci turunda Çili ilə oyunda (1:0) alınan sağ budun körpü əzələsinin zədələnməsi ilə bağlı tibbi müayinədən keçib.

Futbolçunun ciddi xəsarət almadığı aşkarlanıb. Kontraktura ağrı refleksi və digər problemlərin minimuma endiyi müəyyən edilib.

Forvardın məqşlərə başlamasında problem yoxdur. Messinin Peru ilə iyunun 30-da keçiriləcək 3-cü tur matçında oynayacağı gözlənilir.

Mənbə: publika.az