Neymar 100-ə çatdı

Neymar 100-ə çatdı

Braziliya millisinin futbolçusu Neymar üçün Seneqalla yoldaşlıq oyunu əlamətdar olub.

Press.az xəbər verir ki, 27 yaşlı hücumçu bu görüşlə yığmada 100-cü matçına çıxıb. O, bu göstəricidə Robinyoya çatıb və Braziliya millisində ən çox oynayan futbolçular sırasında "TOP-6"da yer alıb.

Qeyd edək ki, Kafu Braziliya yığmasının tarixində ən çox meydana çıxan futbolçudur - 142 matç.

Xatırladaq ki, hazırda qarşılaşmanın 70-ci dəqiqəsi gedir və hesab 1-1-dir.

Mənbə: press.az