İyirmi iki xoşbəxtin sizi də sevindirəcəyi günə hələ var

İyirmi iki xoşbəxtin sizi də sevindirəcəyi günə hələ var

Aprelin 17-də Bakı koronavirus səbəbindən gələn ilə keçirilən 2020-ci il Avropa çempionatının dörd oyununu qəbul etmək üçün hazır olduğunu bəuyan edib

BAKI, 19 aprel - Sputnik. Koronavirus pandemiyası səbəbindən AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda təxirə salınmış oyunlar hələ bir müddət də bərpa olunmayacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunlarının təxirə salınması müddəti 2020-ci il mayın 4-dək uzadılıb. Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I divizion da dayandırılıb.

Xatırladaq ki, aprelin 17-də Bakı koronavirus səbəbindən gələn ilə keçirilən 2020-ci il Avropa çempionatının dörd oyununu qəbul etmək üçün hazır olduğunu bəuyan edib.

Mənbə: sputnik.az