Millimizin oyunçusu üçün səsvermə başlayır

Millimizin oyunçusu üçün səsvermə başlayır

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Atletlər Komissiyasının üzvlərinin müəyyənləşdirilməsi üçün bu gündən səsvermə keçiriləcək.

Oxu.Az xəbər verir ki, 16 namizəd arasında qadın voleybol millimizin Braziliyanın “Sesi Bauru” klubunda çıxış edən üzvü Polina Rəhimova da var.

Səsvermə prosesi yanvarın 31-də başa çatacaq. Səslər bərabər olacağı halda, ikinci səsvermə 2-3 fevral tarixlərində keçiriləcək.

Qeyd edək ki, Atletlər Komissiyası 10 üzvdən ibarət olacaq. Onlardan beşi voleybolçular, beşi isə FIVB-nin braziliyalı prezidenti Ari Qrasa tərəfindən seçiləcək. Səsvermə onlayn formada baş tutacaq.

Mənbə: www.oxu.az