"Qalatasaray"ın futbolçusu Mauro İkardi İstanbul klubunun tarixinə düşüb.
Qol.az xəbər verir ki, argentinalı hücumçu buna Superliqasının 22-ci turunda "Trabzonspor"a qalib gəldikləri matçda (2:1) qol vurmaqla nail olub. O, "Qalatasaray"dakı ilk mövsümündə "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor"a qol vuran yeganə oyunçudur.
Qeyd edək ki, müqavilə ilə PSJ-yə məxsus olan və "Qalatasaray"da icarə əsasında çıxış edən İkardi Superliqada bu mövsüm 10 oyuna 9 qol vurub, 6 qol ötürməsi edib.
Mənbə: qol.az