"Çelsi" İngiltərə Premyer Liqasında 29-cu tur oyununa çıxıb.
Qol.az xəbər verir ki, London klubu "Aston Villa"nı qəbul edib və 0:2 hesabı ilə uduzub.
"Çelsi" - "Aston Villa" - 0:2
Qollar: Uotkins, 18, Makqinn, 56
"Aston Villa" 41 xalla 9-cu, "Çelsi" 38 xalla 11-ci pillədə qərarlaşıb. Siyahıya 72 xalla (29 oyun) "Arsenal" başçılıq edir. "Mançester Siti" 64 xalla (28 oyun) 2-ci, "Mançester Yunayted" 50 xalla (26 oyun) 3-cüdür.
Mənbə: qol.az