Ramil Şeydayev yeni klubunda bu qədər qazanacaq - AÇIQLANDI

Ramil Şeydayev yeni klubunda bu qədər qazanacaq - AÇIQLANDI<span class="qirmizi"></span>

“Qarabağ”ı “Buriram Yunayted”ə dəyişən Ramil Şeydayevin Tailand klubundakı məvacibi bəlli olub.

Publika.az xəbər verir ki, 27 yaşlı forvard yeni komandasında illik 750 min avro qazanacaq. Bu barədə “Sport-express” məlumat yayıb. Bildirirli ki, o, tezliklə rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Ramil Şeydayev geridə qalan mövsümdə Premyer Liqada 22 qol vuraraq bombardir olub.

Heybət

Mənbə: publika.az