"Barselona" hücumçusunu satdı - "Roma"ya

"Barselona"nın hücumçusu Karlos Peres İtaliyaya köçüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 22 yaşlı forvard bundan sonra "Roma"nın şərəfini qoruyacaq.

Klublar arasında danışıqlar müsbət yekunlaşıb və "Roma" "Barselona" akademiyasının yetirməsini 13 milyon avro müqabilində heyətinə cəlb edib. Anlaşmaya kataloniyalıların onu geri qaytarmaq maddəsi qoyulmayıb. Peres bu gün İtaliyaya yollanaraq, yeni komandası ilə münasibətlərini rəsmiləşdirəcək.

Qeyd edək ki, Karlos Peres ötən ildən "Barselona"nın əsas heyətinə qoşulub.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiya hökuməti yeni koronavirusa qarşı mübarizə tədbirlərini gücləndirir

SONRAKI XƏBƏR

YAP namizədinin həyat yoldaşı bitərəf namizədi təhqir etdi - bu FOTOya görə