"Qarabağ"a ciddi itki

"Qarabağ"a ciddi itki
"Qarabağ"ın futbolçusu Julio Romao bir həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə Report-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, braziliyalı oyunçunun müalicəsi bir həftə çəkəcək.
Qeyd edək ki, Julio Romao "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV turunun matçında zədə alıb.

Mənbə: www.bakupost.az