Martın 25-də Rusiyanın Yekaterinburq şəhərindəşahmat üzrə iddiaçılar turnirində yeddinci turun oyunları keçirilib.
Sport7.az xəbər verir ki, səkkiz şahmatçının iştirak etdiyi turnirin yeddinci turunda Rusiya şahmatçısı Yan Nepomnyaşifransalı Maksim Vaşe-Laqrava məğlub olub.
Turun digər oyunlarında bərabərlik qeydə alınıb.Belə ki, Rusiyanın digər təmsilçiləri Kiril Alekseyenko çinli Liren Dinq,Aleksandr Qrişuk Niderland təmsilçisi Aniş Giri, amerikalı Fabiano Karuana Çinşahmatçısı Hao Yanq ilə heç-heçə oynayıblar.
Yeddi turun nəticəsinə görə Y.Nepomnyaşı,M.Vaşe-Laqrav 4,5, H.Yanq, A.Giri, A.Qrişuk, F.Karuana 3,5, K.Alekseyenko vəL.Dinq 2,5 xal toplayıblar.
On dörd turdan ibarət turnirə aprelin 3-də yekunvurulacaq.
Ötən il keçirilmiş dünya kubokunun sahibi kimiiddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdəiştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixəsalınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdanimtina edib.
Sport7.az
Mənbə: sport7.az