"Santiaqo Bernabeu" anbara çevrilir

"Santiaqo Bernabeu" anbara çevrilir

"Real" ev oyunlarını keçirdiyi "Santiaqo Bernabeu" stadionunu koronavirusla mübarizə üçün Səhiyyə Nazirliyinin istifadəsinə verib.

Press.az xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb. Məlumata görə, stadion pandemiyaya qarşı mübarizədə tibbi ləvazimatlar və dərmanların toplanması üçün anbar kimi istifadə ediləcək.

Bildirilir ki, burada toplanan dərmanlar daha sonra ölkədə ehtiyac olan müxtəlif xəstəxanalara göndəriləcək.

Mənbə: press.az