Futbolun 90 illik adəti

Futbolun 90 illik adəti

Və yaqarşılıqlı hörmət anlayışını kimlər məhv etdi? Futboloyunlarının ənənəvi adətlərindən biri də qarşılaşmadan sonra oyunçularınformalarını dəyişməsidir. Bəs bu adət ilk dəfə necə formalaşıb? Kaspi.azxəbər verir ki, 1931-ci ildə Fransa yığması İngiltərə ilə qarşılaşıb. Oyunfransızların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, Fransanın İngiltərə üzərindəilk qələbəsi olub. Oyundansonra fransızlar rəqibdən formaları dəyişməyi xahiş ediblər. Həmin vaxtdanyaranan bu adət həm də qarşılıqlı hörmətin təzahürü kimi formalaşıb. Ancaqfutbol tarixində bu tendensiyanın əksi də baş verib. Onlardan biri də 1966-ciildə keçirilən dünya çempionatında oynanılan İngiltərə - Argentina arasındakıqarşılaşmada olub. Folklend adalarına görə bu ölkələr arasında siyasi münasibəthəmişə gərgin olub. DÇ-1966-da İngiltərə 1/4 finalda Argentinaya qalib gəlib.Qarşılaşmadan sonra futbolçular formaları dəyişmək istəyiblər. Bu vaxt İngiltərəyığmasının baş məşqçisi Alf Remsi meydana qaçaraq formaları dəyişməyifutbolçularına qadağan edib. Argentina20 il sonra – DÇ-1986-da Maradonanın əllə vurduğu qolla ingilislərin bukobudluğuna cavab verib. Zamankeçdikcə forma dəyişməsi adətində qarşılıqlı hörmət anlayışı itir. Bu da çoxzaman azarkeşlərin təzyiqi üzündən baş verir. "Arsenal”ın sabiq futbolçusuAndre Santos məhz bu təzyiqin qurbanı olub. 2010-cuildə "Mançester Yunayted” "Arsenal”la qarşılaşırdı. İlk hissədən sonra MY 1:0hesabı ilə qalib gəlirdi. Qolu da bir müddət əvvəl "Arsenal”dan "MançesterYunayted”ə keçən Robin van Persi vurmuşdu. FasilədəSantos Van Persidən formasını istədi. Bu da "Arsenal”ın fanatlarını bərk qəzəbləndirdi.Onlar futbolçunun bu hərəkətini satqınlıq kimi qəbul etdilər. Məhz bu istəyiSantosun karyerasını məhv etdi. Mənəvi və psixoloji cəhətdən sındırılanfutbolçu özünü "Arsenal”da heç cür göstərə bilmədi və "Qremio”ya icarəyəverildi.

Mənbə: kaspi.az