Karlo Ançelotti istefaya göndəriləcəyinə dair məlumatlara münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, "Real"ın baş məşqçisi deyib:
“Futbolda hər şey mümkündür. Baş verən hər şey sizi təəccübləndirirmi? Mən heç kimdən qisas almaq fikrində deyiləm. Mən bu işi sevirəm. Baş məşqçiliyə mümkün qədər uzun müddət davam etmək istəyirəm. Qalmağımı istəməsələr, hər kəsə təşəkkür edəcəyəm və gedəcəyəm".
Ançelotti 2021-ci ilin yayından Madrid təmsilçisini çalışdırır. O, 2013-2015-ci illərdə də bu komandaya baş məşqçilik edib.
Mənbə: yenisabah.az