Türkiyənin "Eyüpspor" komandasının baş məşqçisi Arda Turan məşqçilik karyerasını Ukraynanın "Şaxtyor Donetsk" klubunda davam etdirməyə yaxındır.
Keçidi müzakirə etmək üçün A.Turan ilə Ukrayna komandasının nümayəndələri Londonda rəsmi görüş keçiriblər.
Tərəflərin müqavilə imzalamağa yaxın olduğu bildirilir.
Əgər bu baş verərsə, 38 yaşlı A.Turan baş məşqçi kimi xaricdə ilk dəfə bir klubu çalışdıracaq.
Mənbə: yenisabah.az