“Nürnberq”dən Mahir Emreliyə xüsusi hədiyyə - FOTO

“Nürnberq”dən Mahir Emreliyə xüsusi hədiyyə -

"Nürnberq" "Köln"lə (1:2) oyundan əvvəl Mahir Emreliyə xatirə hədiyyəsi təqdim edib.

Mükafatlandırma komandanın bu mövsümdə Almaniya 2-ci Bundesliqasında keçirdiyi son ev matçında təşkil olunub.

"Nürnberq” bununla bağlı şəkli sosial media hesabında “Danke Mahir” (Təşəkkürlər, Mahir) sözləri ilə paylaşım edib.

Qeyd edək ki, mövsümün əvvəlində Almaniya klubuna keçən Mahir 23 oyunda 7 qol vurub, 1 ötürmə verib.



Rəşad Rafiqoğlu

Mənbə: bizim.media