Məşhur futbolçu buna görə “Qarabağ”a gəlmək istəyir

Məşhur futbolçu buna görə “Qarabağ”a gəlmək istəyir

Kamerun millisinin hücumçusu Vensan Abubakarın adının “Qarabağ”la birgə hallanması ulduz futbolçunun ölkəsində geniş müzakirə mövzusuna çevrilib.

“Qafqazinfo” xəbər verir ki, məlumatda 33 yaşlı forvardın nümayəndələrinin hazırda “Qarabağ”la danışıqları davam etdirdiyi yazılıb.

“Hatayspor”dan ayrıldığı üçün hazırda azad agent statusu daşıyan Abubakarın Azərbaycanda çıxış etməyin əleyhinə olmadığı vurğulanıb. O, yenidən UEFA Çempionlar Liqasında çıxış etmək istədiyindən, bu varianta biganə deyil.

Qeyd edək ki, Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Əl Nəsr” kimi tanınmış klubların formasını geyinib.

Mənbə: qafqazinfo.az