Tofiq Musayev UFC-də!

Tofiq Musayev UFC-də!

Rəsmi bir az sonra elan olunacaq, amma artıq demək olar ki, dünyanın ən güclü MMA təşkilatı UFC-nin Bakı turniri öz bəhrəsini verir.

Ən azından biz artıq UFC-də üçüncü döyüşçümüzü görəcəyik.

Təəssüf ki, Tofiq UFC-yə bir az gec qoşuldu. 35 yaş – yüngül çəki üçün az deyil. Əminəm ki, o, RIZIN-də titul qazandıqdan dərhal sonra UFC-yə keçsəydi, bu gün yüngül çəkidə ən azı TOP-10-da olardı!

Tofiq Musayev – ayaqüstə döyüşməyə üstünlük verən, sərt nokautlarla rəqiblərə qalıb gəlir. UFC-də məhz belə idmançıları sevirlər, onlara dəyər verirlər! Tofiqin ilk rəqibi də maraqlıdır – Mıqtıbek Orolbay! Güclü, döyüşkən və hər zaman azarkeşlərə maraqlı qarşılaşma bəhs edən bir idmançı. Bu, Tofiq üçün əla şansdır. Belə 2-3 parlaq qələbə onu tezliklə TOP-15 sıralamasına gətirə bilər.

Azərbaycanlı MMA sevərlər üçün bu turnir mütləq unudulmaz olacaq. Bu, Azərbaycan idmanı üçün əsl tarixi hadisədir! Bir neçə ay əvvəl bunu xəyal edə bilərdikmi?

Mənbə: qafqazinfo.az