Premyer Liqanın bərpası yönündə daha bir addım

Premyer Liqanın bərpası yönündə daha bir addım

İngiltərədə koronavirus pandemiyası səbəbindən dayandırılmış cari mövsümün bərpası istiqamətində daha bir addım atılıb.

Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, Britaniya hökuməti Premyer Liqa klublarının komanda halında, təmasdan çəkinmədən məşq etmələrinə icazə verib. Daha əvvəl bu, qadağan idi.

24 mayda İPL klublarının təkrar testlərinin nəticəsi açıqlanmış, daha iki nəfərin koronavirusa yoluxduğu məlum olmuşdu. Beləliklə, İngiltərə çempionatında COVID-19 aşkarlanan şəxslərin sayı 8-ə çatıb.

Daha öncə "Uotford"un hücumçusu Troy Dini və "Çelsi"nin yarımmüdafiəçisi N'Qolo Kante məşqlərə qatılmaqdan imtina etmişdilər.

Fanat.Az

Mənbə: www.fanat.az