“Barselona”nın zədəli futbolçusu Pedrinin sağalması ləngiyir.
Publika.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi yaşıl meydanlara planlaşdırılan vaxtdan gec qayıdacaq. Onun noyabrdan tez oynayacağı gözlənilmir. Kataloniya təmsilçisi oyunçu ilə bağlı risk etməyəcək. O, tam sağaldıqdan sonra məşqlərə başlayacaq.
Avqustun sonunda sağ ayağından zədə alan gənc ulduzun oktyabrın ortalarında meydana çıxa biləcəyi bildirilirdi.
Mənbə: publika.az