“Qabaqcıl kosmos texnologiyaların inkişaf etdirilməsində Türkiyə olduqca maraqlıdır. 2026-ci ildə Türkiyənin Antalya şəhərində məhz bu toplantının keçirilməsi bizi həyəcanlandırır. 2024-cü ildə kosmosa 2 kosmonavt göndərməyi planlaşdırırıq”.
“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiyalar nazir müavini Ahmet Yozgatlıgil "Nazirlər və parlament üzvləri üçün 13-cü Beynəlxalq IAF (Beynəlxalq Astronavtika Konqresi) iclasında" deyib.
O bildirib ki, çox ağır hava şəraitinin izlənməsində, təbii fəlakətlərin qabaqcadan proqnozlaşdırılması sayəsində kosmosun imkanlarından istifadə etmək lazımdı. Bununla da iqtisadi zərərlərin azaldılması mümkün ola bilər.
Mənbə: apa.az