Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir.
Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “LinkedIn” hesabında paylaşım edib
O qeyd edib ki, hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb:
“Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır. Dövlətimizin yaratdığı bu imkanlar tələbələrimizin arzuladıqları ixtisası seçmələrinə və yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək olub”.
Mənbə: qafqazinfo.az