Çin vəd verdi: İdxal da artacaq, gəlirlər də

Çin vəd verdi: İdxal da artacaq, gəlirlər də

Çin qəsdən ticarət profisiti yaratmağa çalışmır və tezliklə idxalı genişləndirmək üçün xüsusi bir plan hazırlayacaq.

Bu barədə Baş nazirin müavini He Lifen Haynanda keçirilən 6-cı Çin Beynəlxalq İstehlak Malları Sərgisinin açılışında bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər Çinin idxal həcmi 18,5 trilyon yuana çatacaq. Ölkə bu göstəriciyə görə ardıcıl 17-ci ildir ki, dünyada ikinci yerdədir.

Bundan əlavə, hökumət alıcılıq qabiliyyətini gücləndirmək və daxili istehlakı stimullaşdırmaq üçün şəhər və kənd sakinlərinin gəlirlərini artırmaq məqsədilə hədəflənmiş bir proqram başlatmağı planlaşdırır.

Müəllif: Tural

Mənbə: publika.az