Dövlət qurumlarına verilən yeni domenlərin sayı 27 faiz artıb

Dövlət qurumlarına verilən yeni domenlərin sayı 27 faiz artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 19 yeni domen verilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən məlumat verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 150 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

2025-ci ildə dövlət qurumları 65 yeni domen və 285 yeni subdomen alıb.

Mənbə: xeberler.az