"Lufthansa" aviaşirkəti Azərbaycanın xəritəsini TƏHRİF ETDİ - FOTOFAKT

"Lufthansa" aviaşirkəti Azərbaycanın xəritəsini TƏHRİF ETDİ - FOTOFAKT

Demokrat.az-a istinadən xəbər verilir ki, platformada torpaqlarımızın adı saxtalaşdırılıb.

Belə ki, uçuş zamanı izlənilən canlı xəritədə Xankəndi şəhərinin adı təhrif edilib. Alman şirkəti şəhərin adını qondarma "Stepanakert" adı ilə qeyd edib.

Bu xoşagəlməz hadisə iyulun 7-də həyata keçirilən uçuşda qeydə alınıb.

Aviaşirkət hələ ki, mövzu ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Bununla da tanınmış beynəlxalq aviaşirkət öz platformasında separatçıları dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirib.

Lufthansa aviaşirkəti Azərbaycanın xəritəsini TƏHRİF ETDİ - FOTOFAKT

Mənbə: olke.az