Rusiya-Ukrayna müharibəsi ancaq bu halda bitəcək - İlon Mask

Rusiya-Ukrayna müharibəsi ancaq bu halda bitəcək -

Rusiya-Ukrayna müharibəsi Kiyev Qərb müttəfiqləri ilə birlikdə Moskvanın xeyrinə müəyyən güzəştlərə getdiyi təqdirdə başa çatacaq.

Bunu amerikalı milyarder və “SpaceX” şirkətinin təsisçisi İlon Mask “The Economist” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu prosesdə insanların həyatını xilas etmək naminə müəyyən güzəştlərə getmək vacibdir.

“Burada həqiqətən də Rusiyaya müəyyən güzəştlərə getmək lazımdır. Bu, mənim Rusiyanın tərəfində olduğum demək deyil, sadəcə praqmatik yanaşıram. Əks halda insanlar heç nəyə nail olmadan həlak olmağa davam edəcəklər”, - deyə Mask qeyd edib.

Müəllif: Roza

Mənbə: publika.az