Google Store-da Azərbaycan üzrə trend yeniləndi - BİP və Signal ilk sıralarda

Google Store-da Azərbaycan üzrə trend yeniləndi -  BİP və Signal ilk sıralarda

Hazırda Azərbaycan üzrə Google Store-da trend yenilənib. Trenddə birinci yerdə BİP, 2-ci yerdə isə Signal mesajlaşma tətbiqi qərarlaşıb.

Bu formada gözlənilməz tətbiq WhatsApp mesajlaşma platformasının istifadə qaydalarına etdiyi dəyişiklikdən sonra mümkün olub. Sözügedən mesajlaşma platformaları gizlilik şərtlərinə görə, daha təhlükəsiz hesab ediliblər.

Qeyd edək ki, BİP mobil tətbiqi yaddaşda 37, Signal isə 36 Meqabayt yer tutur.

Mənbə: news.milli.az