Qızılhacılıda minatəmizləmə işləri başa çatdı - Erməni KİV

Qızılhacılıda minatəmizləmə işləri başa çatdı - Erməni KİV

Ermənistanın işğalı altında olan Qızılhacılı (Berkaber) kəndi ərazisində minatəmizləmə işləri başa çatıb.

Bu barədə “Ermənistan xəbərləri”nə “Berkaber” icmasının rəhbəri Tiqran Arutyunyan məlumat verib.

“Minatəmizləmə işləri başa çatıb, lakin delimitasiya hələ də davam edir”, - o qeyd edib.

“Nikol Paşinyanla görüşün gözlənilirmi” sualına icmabaşçısı mənfi cavab verib.

Xatırladaq ki, dünən Müdafiə Nazirliyi minatəmizləmə işləri çərçivəsində Qızılhacılı (Berkaber) ərazisində partlayış işlərinin aparılacağını açıqlamışdı.

Zaur

Mənbə: www.bakupost.az