Bədəndən ayrıldıqdan sonra da işləyən robot əl nümayiş etdirildi - VİDEO

Bədəndən ayrıldıqdan sonra da işləyən robot əl nümayiş etdirildi -

Çində keçirilən süni intellekt konfransında bədəndən ayrıldıqdan sonra da müstəqil şəkildə işləyə bilən robot əl nümayiş olunub.

Yeni texnologiya əzələlərin elektrik aktivliyini oxuyaraq istifadəçinin hərəkətlərini yüksək dəqiqliklə təkrarlaya bilir.

Bildirilib ki, qurğu həm bütöv əli, həm də hər bir barmağı ayrıca idarə etməyə imkan verir.

Hazırlanmış texnologiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, robot əl əsas konstruksiyadan ayrıldıqdan sonra belə verilən əmrləri yerinə yetirməyə davam edir.


Bundan başqa, cihaz "beyin–kompüter" (Brain–Computer Interface, BCI) interfeysini dəstəkləyir. Bu texnologiya sayəsində robot əl beyin siqnalları vasitəsilə də idarə oluna bilir.


Mənbə: bizim.media