Qızıl sikkələr, zinət əşyaları və hətta diş protezlərində istifadə olunan qızıl məmulatları min illər keçsə belə parlaqlığını itirmir, paslanmır və dağılmır.
Uzun müddət qızılın bu xüsusiyyəti onun kimyəvi baxımdan passiv olması ilə izah edilirdi.
Hesab olunurdu ki, qızıl (Au) ətraf mühitdəki maddələrlə demək olar ki, reaksiyaya girmədiyi üçün üzərində digər metallar kimi oksidləşmə qatı yaranmır.
Lakin yeni araşdırmalar göstərir ki, bu izah tam doğru deyil.
Alimlərin fikrincə, qızıl öz kristal qəfəsinin xarici qatlarındakı atom strukturunu yenidən təşkil edir. Səthdə atomların düzülüşünü dəyişərək ətraf mühitin təsirindən qoruyan xüsusi müdafiə baryeri yaradır.
ABŞ-ın Yeni Orlean şəhərindəki Tulane İnstitutunun kimya mühəndislərinin qiymətləndirməsinə görə, bu mexanizm “ilahi metal” adlandırılan qızılın oksidləşmə sürətini milyardlarla dəfə azaldır və onu demək olar ki, paslanmayan edir.
Alimlər bildirirlər ki, bu kəşf qızılın qeyri-adi davamlılığını daha yaxşı anlamağa və gələcəkdə yeni qoruyucu materialların hazırlanmasında istifadə etməyə imkan verə bilər.
Bizim.Media
Mənbə: bizim.media