"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, məşhur amerikalı milyarder İlon Mask 2027-ci ildə ABŞ-da hər bir uşağa “SpaceX” kosmik şirkətinin səhmlərindən birini hədiyyə etməyi planlaşdırdığını bildirib.
“Gələn il Amerikadakı hər bir uşağa “SpaceX” səhmlərimdən birini verəcəyəm”, – deyə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Mask səhmləri necə bölüşdürməyi planlaşdırdığı və kimlərin onları əldə edə biləcəyi barədə hələlik əlavə məlumat verməyib.
Qeyd edək ki, “SpaceX” kosmik texnikanın hazırlanması və istehsalı ilə məşğul olur. Mask şirkəti 2002-ci ildə təsis edib. 2026-cı ilin fevralında şirkət onun digər şirkəti olan “xAI” ilə birləşib.
Müəllif: Valeh
Mənbə: publika.az