"AzParking" mobil tətbiqinin fəaliyyətində problem yaranıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "AzParking"dən məlumat verilib.
"Bizdən asılı olmayan texniki səbəblərdən "AzParking" mobil tətbiqinin fəaliyyətində fasilə yaranıb. Qeyd olunan vaxt intervalı ərzində aparılan bütün monitorinq nəticələri nəzərə alınacaq", - deyə bildirilib.

Qeyd edək ki, bəzi istifadəçilər "Birbank" mobil tətbiqi vasitəsilə də "AzParking"ə ödəniş etməkdə problem yaşayırlar.
Mənbə: oxu.az