Tiktok “Ben Landenin Amerikaya məktubu”nu tanıdan videoçarxları yasaqlayır

Tiktok “Ben Landenin Amerikaya məktubu”nu tanıdan videoçarxları yasaqlayır

Tiktok Usama ben Ladenin 2002-ci ildən amerikalılara ünvanlanmış məktubunu yasaqlayacaq. Orada “Əl-Qaidə”nin keçmiş lideri amerikalılara hücuma haqq qazandırır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə özü bildirib.

20 illik məktubun müzakirələri bu həftə platformada İsrail – HƏMAS müharibəsi ilə bağlı müzakirələr kontekstində yayılıb, üstəlik, Qərbdəki bəzi istifadəçilər onun məzmununu yüksək qiymətləndiriblər.

“Əl-Qaidə”nin 3 000-ə yaxın insanın ölümünə səbəb olmuş ABŞ-yə hücumundan sonra yazılmış məktubda ABŞ-nin İsrailə dəstəyi tənqid edilib, amerikalılar fələstinlilərə qarşı “zülm”ü maliyyələşdirməkdə günahlandırılıb və antisemit şərhlər yer alıb.

“Bu məktubu tanıdan kontent açıq şəkildə terrorçuluğun bütün forma və təzahürlərinə qarşı çıxan qaydalarımızı pozur”, – tiktokun bəyanatında nəql edilib.

Şirkət əlavə edib ki, sözügedən məzmunun “trenddə” olmasına dair yayılmış xəbərlər qeyri-dəqiq olub.

Adıçəkilən sosial şəbəkədə “Amerikaya məktub” üçün axtarış cümə axşamı heç bir nəticə verməyib və bildirişdə ifadənin “qaydalarımızı pozan məzmunla” əlaqəli ola biləcəyi deyilib.

Bəzi ABŞ qanunvericiləri Çinə məxsus tətbiqin qadağan edilməsinə çağırıblar. Demokratik Partiyanın nümayəndəsi Coş Qothaymer çərşənbə günü tiktokun “amerikalılara təsir etmək üçün terrorizmyönümlü təbliğat apardığını” söyləyib.

Ağ evin nümayəndəsi Endrü Beyts cümə axşamı verdiyi açıqlamada deyib: Usama ben Ladenin dilə gətirdiyi “iyrənc, şər və antisemit yalanları yaymağa heç vaxt haqq qazandırmaq olmaz”.

Mənbə: report.az