Yer sakinlərinin dekabrda müşahidə edə biləcəkləri astronomik hadisələrin siyahısı dərc edilib.
Siyahının Moskva Planetariumu dərc edib.
Onlardan ən diqqət çəkəni dekabrın 13-dən 14-nə keçən gecə Əkizlər meteor yağışıdır. Meteor yağışının zirvəsi zamanı axan ulduzların sayı saatda 120-yə çatacaq və Ay Əkizlərin müşahidəsinə mane olmayacaq.
Digər meteor yağışı - Ursidlər ilin ən uzun gecəsi, dekabrın 21-dən 22-nə keçən gecə müşahidə olunacaq, lakin meteorların sayı daha az olacaq - saatda təxminən 10.
Ən uzun gecə həm də astronomik qışın başlanğıcını qeyd edəcək. Tam ay dekabrın 27-nə keçən gecə görünəcək.
Tural
Mənbə: publika.az