“Tesla” və “SpaceX”in sahibi amerikalı milyarder İlon Mask antisemit şərhlərindən sonra “X” hesabında reklam yerləşdirməkdən imtina edən şirkətləri təhqir edib.
Bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd edək ki, noyabrın 16-da İlon Mask antisemit yazı dərc edən “X” istifadəçisi ilə razılaşaraq, yazıya şərh yazıb.
Bunun fonunda Amerikanın “Apple”, “Walt Disney” və “IBM” şirkətləri bu sosial şəbəkədə reklamı dayandırıblar.
Mənbə: bizim.media