"WhatsApp"dan "evlər yıxan" YENİ FUNKSİYA: Artıq oxuya bilməyəcəklər!

"WhatsApp"dan "evlər yıxan" YENİ FUNKSİYA: Artıq oxuya bilməyəcəklər!

“WhatsApp” yeni təhlükəsizlik funksiyasını sınaqdan keçirir.

Bu funksiya çat kilidi üçün yeni şifrələnmiş mesajlar seçimidir.

Məlumata görə, bu seçim vasitəsilə “WhatsApp”da söhbətləri kilidləmək mümkün olacaq. Yeni funksiya istifadəçilərə xüsusi parolla istədiyi söhbətləri kilidləməyə imkan verir. Kilid üçün kod hərflərdən, rəqəmlərdən, xüsusi simvollardan və hətta emojilərdən ibarət ola bilər. Həmçinin kilidlənmiş söhbətlər gizli bölməyə köçürmək mümkün ola bilər.

Köçürülmüş kilidlənmiş söhbətlərə baxmaq üçün tətbiq edilən kod daxil edilməlidir. Telefon başqasının əlindədirsə, o, parolu bilmirsə, gizlədilmiş söhbəti tapa bilməyəcək.

Sosial mediada “WhatsApp”ın bu funksiyasını "Xəyanət funksiyası", "Evlər yıxan funksiya" adlandırıblar.

Mənbə: sfera.az