Media Təhlil Mərkəzi oktyabr ayı üzrə “Dövlət qurumlarının sosial şəbəkələrdə aktivlik indeksi” hesabatını açıqlayıb.
Oktyabrda “Facebook” sosial şəbəkəsində dövlət qurumlarının paylaşımları arasında ən çox reaksiya toplayan (total interactions) Müdafiə Nazirliyin Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərindəki nitqi ilə bağlı paylaşımıdır.
“Instagram” sosial şəbəkəsində ən çox reaksiya toplayan Daxili İşlər Nazirliyinin Azərbaycan polisi ilə bağlı paylaşımıdır.
“X” sosial şəbəkəsində ən çox reaksiya toplayan Dövlət Reklam Agentliyinin Prezident İlham Əliyevin rəsmi “X” hesabından repost etdiyi Türkiyənin Cümhuriyyət günü, Xankəndi və Ağdərə şəhərlərində, Sərsəng su anbarının ərazisində Azərbaycan Dövlət Bayrağının ucaldılması ilə bağlı paylaşımlar olub.
Mənbə: report.az