Bu ölkə Türkiyəyə “Tayfun” almağa imkan vermir

Bu ölkə Türkiyəyə “Tayfun” almağa imkan vermir

Almaniya Ankaranın Şərqi Aralıq dənizində təbii qazçıxarça fəaliyyətləri ilə bağlı narahatlıqlarını əsas gətirərək, Türkiyəyə “Eurofighter”lərin (“Tayfun” qırıcıları – red.) satışını əngəlləyir.

Bu barədə “Hürriyyət” Berlindəki mənbələrə istinadla məlumat yayıb.

Almaniya bundan əvvəl də Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatlarını tənqid edib, Türkiyənin əlində olan “Leopard” tanklarının modernləşdirilməsini və tankların yeni satışını dayandırıb.

Qeyd edək ki, Türkiyə Böyük Britaniyadan 40 ədəd “Tayfun” qırıcısı almaq üçün Böyük Britaniya ilə plan imzalamışdı. Bu qırıcıların istehsalçısı Briyaniya, İspaniya və Almaniyadır. Satış üçün hır 3 ölkənin razılığı lazımdır.

Xatırladaq ki, ABŞ da bəhanə gətirərək, Türkiyəni F-35 layihəsindən çıxarmış və bu müasir qırıcıların Türkiyəyə ixracını dayandırmışdı.

Mənbə: axar.az