Futbol ulduzlarını GTA-da təsəvvür edin: Necə görünərlər? - FOTOLAR

Futbol ulduzlarını GTA-da təsəvvür edin: Necə görünərlər? -

"Rockstar Games" uzun müddətdir gözlənilən "Grand Theft Auto VI" (GTA VI) oyununun təqdimat videosunu yayımladı.

2025-ci ildə satışa çıxarılacaq oyun meqareal olacaq. GTA oynayan şəxslərin sayı kifayət qədərdir. Onlar 2 milyard dollar yatırım edilən yeni oyunu səbrsizliklə gözləyirlər.

Bəzi fanatlar indidən oyunda futbol ulduzlarının konseptlərini yaradıblar. "İnter Mayami"də çıxış edən Lionel Messi və "Əl-Nəssr"in formasını geyinən Kriştiano Ronaldoyla yanaşı başqa ulduzların da konseptləri yaradılıb. Onlar arasında Cud , Vinisius Junior, Kərim Benzema kimi adlar da var.

Mənbə: publika.az