Unikal sistem təqdim edildi: Suyu havadan çəkəcəyik

Unikal sistem təqdim edildi: Suyu havadan çəkəcəyik

Şanxay Jiao Tonq Universitetinin (Çin) alimləri günəş enerjisindən istifadə etməklə rütubəti udmaq qabiliyyətinə malik ən son gellərdən havadan suyun çıxarılması sahəsində mühüm irəliləyişə nail olublar.

Publika.az xəbər verir ki, bu barədə Applied Physics Reviews portalı məlumat yayıb.

Bu superhiqroskopik məsaməli gellər 25°C temperaturda və 15%-dən 90%-ə qədər nisbi rütubətdə 1 q sorbent üçün 1,18-6,43 q arasında dəyişən həcmlərdə suyu saxlamaq üçün unikal qabiliyyət nümayiş etdirib.

Laboratoriyada əhəmiyyətli irəliləyişlərə baxmayaraq, şirin suyun çıxarılması prosesinin məhsuldarlığı hələ də yavaş adsorbsiya kinetikası, suyun yüksək buxarlanma istiliyi və kondensasiya səmərəliliyi ilə məhdudlaşır. Bununla belə, aparılan sınaqlar müvafiq olaraq təxminən 60% və 30% nisbi rütubətdə yayda gündə 1 kq sorbent üçün 3,82 L su, qışda isə gündə 1 kq sorbent üçün 2,98 L su ehtiyatının yığıldığını təsdiq edib

Günəş enerjisi ilə suyun havadan çıxarılması sahəsində irəliləyiş real həyat şəraitində şirin suya çıxış probleminin həlli üçün yeni perspektivlər açır. Tədqiqatda təklif olunan icra strategiyası bu texnologiyanın tətbiqi üçün effektiv yol vəd edir, onun uyğunlaşma qabiliyyətini və praktikada yüksək şirin su istehsalının mümkünlüyünü təsdiqləyir.

Cəmilə

Mənbə: publika.az