Yaponiyanın “Sony” korporasiyası ABŞ-ın videooyun istehsalçısı olan “Epic Games” şirkətinə 1 milyard ABŞ dolları yatıracaq.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, “Epic Games”ə pul köçürməsi “Sony Corporation of America” törəmə şirkəti vasitəsilə həyata keçiriləcək.
“Sony” yeni investisiyanın özünün inkişafına mənfi təsir etməyəcəyinə ümid edir.
Xatırladaq ki, “Epic Games” hazırda dünyada ən populyar onlayn oyunlardan biri olan “Fortnite”nin yaradıcısıdır.
Mənbə: report.az