Trampın sosial şəbəkələrdə paylaşımlarını kim edir?

Trampın sosial şəbəkələrdə paylaşımlarını kim edir?

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdə postları şəxsən yazmağı üstün tutur.

Bu barədə o, “The Atlantic” jurnalına verdiyi müsahibədə danışıb.

“Bu işi dəhşət sürətlə edirəm. Sizi təəccübləndirərdi. Buna heyran qalardınız. Bunu özüm etməyi çox sevirəm. Bəzən postları diktə edirəm, amma ümumiyyətlə, özüm yazmağı üstün tuturam”, – deyə Tramp qeyd edib.

Trampın əsas sosial şəbəkəsi “Truth Social”dır. O, “X” tərəfindən hesabı bloklandıqdan sonra əsas fəaliyyətini bu platformada davam etdirmək qərarına gəlib. Bu bloklama Trampın ilk prezidentlik müddətinin son günlərində, 2021-ci ildə baş verib.

Aysel Əliyeva

Mənbə: globalinfo.az