"Ukrayna əsgərləri İran dronlarına “uçan otbiçən” ləqəbi veriblər"

Rusiyanın Xerson bölgəsini tərk etməsi ilə başlayan raket və kamikadze pilotsuz təyyarə hücumlarında səngimə əlamətləri müşahidə olunur. Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynada həyata keçirdiyi hücumlarda istifadə etdiyi İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatı ilə bağlı tənqidi məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya Xersondan çıxdıqdan sonra Ukrayna müharibəsinin gedişatı dəyişib. Rusiya Ukrayna ordusunun əvəzinə ölkənin enerji resurslarını və mülki yaşayış məntəqələrini hədəfə alır. Hücumlarda istifadə edilən qanadlı raketlər böyük dağıntılara səbəb olarkən, Ukrayna xalqının kabusuna çevrilən “Şahed-136” kamikadze pilotsuz təyyarəsi kritik nöqtələri hədəfə alır.

Bu məqamda Ukrayna və Qərb İranı Rusiyaya silah verməkdə günahlandırıb, Tehran isə sübutlara baxmayaraq pilotsuz təyyarələri Moskvaya satmadığını bildirib. Pilotsuz təyyarələrin hücumlarına şahid olan ukraynalılar deyirlər ki, “Şahed-136”-lar fərqli səs çıxarır. Hətta Ukrayna əsgərləri “Şahed-139”-a “uçan otbiçən” ləqəbi veriblər və bildirirlər ki, kamikadze pilotsuz təyyarələr havada “motosikl” kimi səs çıxarırlar.

Mütəxəssislər sözügedən təyyarənin indiki texnologiya ilə müqayisədə primitiv quruluşa malik olduğunu, lakin radarlara görünməyən və alçaqdan uçaraq təsirli hücumlar həyata keçirə biləcəyini bildirirlər.

Britaniya kəşfiyyat mənbələri bildirirlər ki, bu pilotsuz uçuş aparatları əvvəllər də körfəzdə tanker hücumlarında fəal şəkildə istifadə olunub. Digər tərəfdən, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanması Liberiya bayraqlı “Pacific Zircon” tankerinə hücumla bağlı apardığı araşdırmanın fotoşəkilləri və təfərrüatlarını açıqlayıb. Fotolarda “Şahed-136” pilotsuz təyyarəsinin qalıqları da daxil olmaqla bir çox sübutlar ictimaiyyətlə paylaşılıb.

Britaniya kəşfiyyat mənbələri öz hesabatlarında İrandan məhdud sayda pilotsuz uçuş aparatlarının alındığını və onların sayının Rusiya inventarında kritik nöqtədə olduğunu bildirir. Məlumat üçün bildirək ki, raketlərlə bağlı daha əvvəl dərc edilən hesabatda, raket ehtiyatları tükənən Rusiyanın Sovet dövründən inventar aktivləşdirdiyi deyilirdi.

Onu da əlavə edək ki, İngiltərə Müdafiə Nazirliyi keçən həftə Tvitter hesabında “Rusiya yəqin ki, döyüş başlıqlarını çıxararaq köhnə qanadlı raketlərdən istifadə edir. Açıq mənbəli kadrlar nüvə hücumu üçün nəzərdə tutulmuş 1980-ci illərə aid hava-yer tipli “AS-15 KENT” raketinin sahədə istifadəsini göstərir”,- deyə paylaşıb.

Döyüş başlıqları çıxarılan raketlərin zərər və zərbə baxımından çox müvəffəqiyyətli olmayacağının vurğulanan hesabatda bu cür hücumların Ukrayna müdafiə sistemlərinə təəccüblü təsir göstərə biləcəyi qeyd edilib.

Hesabata aşağıdakı ifadələr daxil edilib: “Raketlər Ukrayna hava məkanında hava hücumundan müdafiə sistemlərini yönləndirmək üçün aldadıcılar kimi istifadə oluna bilər. Döyüş başlıqlarının raketlərdən çıxarılması ilə ballistik təsirlər azalacaq, ancaq payızda mövcud olan kinetik enerji və yanacağın partlaması ilə raketlərin təsirli olması mümkündür.

Son məlumatlarda Rusiyanın tükənmiş raket arsenalına malik olduğuna dair yüksək sübutlar var”.

Leyla Mirzə, Bizimyol.info

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Toivo Klaar sərhəddə gərginliyi azaltmağa çağırdı

SONRAKI XƏBƏR

"Barselona" və PSJ türk ulduz uğrunda mübarizə aparır