Google 10 ildə ilk dəfə bunu etdi

Google 10 ildə ilk dəfə bunu etdi

Amerikanın Google korporasiyası 10 ildən sonra ilk dəfə olaraq öz loqotipini yeniləyib.

Bu barədə 9to5google nəşri məlumat yayıb.

Yeniləmə çərçivəsində şirkət eyni şrifti saxlamaqla G hərfindəki açıq rəngli bölmələri qradientlə əvəz etdi. Loqonun bu versiyası artıq iOS-da Google tətbiqində göstərilir. Bununla belə, Android proqramı və brauzeri hələ də loqonun köhnə versiyasını göstərir.

Google sonuncu dəfə loqosunu 1 sentyabr 2015-ci ildə yeniləyib. Bundan sonra korporasiya şrifti dəyişib və kiçik G hərfini böyük hərflə əvəz edib.


Mənbə: unikal.az