Mask “sağ əli” olan adama yeni vəzifə verdi - FOTO

 

Amerikalı sahibkar, “Twitter”in sahibi İlon Mask sosial şəbəkədə işləmək üçün əmisi oğlanlarına, hüquqşünasına və “sağ əli”nə vəzifə verib.

Mənbənin məlumatına görə, İlonun iki əmisi oğlu Ceyms və Endryu Mask hazırda “Twitter”də tam iş günü işləyirlər. Endryu Mask proqram təminatı layihələri üzərində işləyir, Ceyms müxtəlif tapşırıqlarda İlona kömək edir.

“Twitter” komandasına həmçinin İlon Maskın şəxsi vəkili Aleks Spiro və “sağ əli” Cared Birçall da (Mask ailəsinin “Excession” investisiya şirkətinin rəhbəri) qoşulublar.

Mənbədən o da bildirilir ki, Maskın müğənni Qreymsdən olan iki yaşlı oğlu X Æ A-12 şirkətin ofisində tez-tez görünür.

Mənbə: Business Insider

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Bir dəqiqədə 1500 söz, bir saatda 240 səhifəlik kitab – xaçmazlı məktəblinin qeyri-adi bacarığı FOTO

SONRAKI XƏBƏR

Avtomobil drift eləmək istəyərkən görün nə baş verdi - VİDEO