ETX: Media qurumlarına ən çox fişinq hücumları olur

ETX: Media qurumlarına ən çox fişinq hücumları olur

Son zamanlar ölkədə media subyektləri bəzi kiberhücumlara məruz qalıb.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Sənan Vəlizadə deyib.

O bildirib ki, media qurumlarının məruz qaldığı hücumlar içində ilk yerdə fişinq hücumları dayanır:

“Fişinq hücumların 80-90%-i “initial access” dediyimiz ilkin başlanğıc fişinq hücumları nəticəsində olur. İnsan faktoru və ani bir diqqətsizlik böyük bir media orqanının infrastrukturunun sıradan çıxmasına gətirir. Digər sırada sosial media hesablarının ələ keçirilməsi gəlir. Bu hal ilə də çox rastlaşmışıq.

Bir çox media subyektinin sosial media hesabları ələ keçirilir və orda yanlış xəbərlər yayılır. Sonrakı sırada DDoS hücumları gəlir. Bu daha çox xidmətin dayandırılması hücumudur. Burda qəsdli şəkildə həmin subyektin fəaliyyətinin dayandırılması hədəflənir. Sonrakı sırada məlumat sızmaları var ki, bəzi media qurumlarında təhlükəsizlik tədbirlərinə riayət edilmədiyinə görə məlumatlar əvvəlcədən sızdırılır”.

Mənbə: yenisabah.az